HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Bakıda “Korkut Ata” III Türk Dünyası Film Festivalının açılış mərasimi olub

Oktyabrın 8-də Heydər Əliyev Mərkəzində “Şuşa – Türk Dünyasının Mədəniyyət Paytaxtı 2023” ili çərçivəsində “Korkut Ata” III Türk Dünyası Film Festivalının açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, oktyabrın 8-11-də keçiriləcək festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri oktyabrın 8-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili Tbilisidə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş fotosərgi ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 8-də Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “The Architect of Prosperity” – “Firavanlığın memarı” adlı fotosərgi ilə tanış olublar.