HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Qurban Yetirmişli: Zəlzələ 10 saniyə davam edib

Gecə 00:01-də baş verən zəlzələnin maqnitudası 5.5 olmasına baxmayaraq, dərində olduğuna görə şimal zonalarında və Bakı və Abşeron yarımadasının müəyyən yerlərində hiss olunub. 10 saniyə davam edib və heç bir fəsad və dağıntı olmayıb.

Prezident İlham Əliyev: Azərbaycan ilə ABŞ arasında əlaqələr bir sıra sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əlaqələr dostluq və əməkdaşlıq zəminində dinamik inkişaf edərək bir sıra sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Qlobal çağırışlara, beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik məsələlərində fəal və səmərəli birgə işimiz, iqtisadi sahədə geniş spektrdə qarşılıqlı fəaliyyətimiz ikitərəfli münasibətlərimizi səciyyələndirən başlıca amillərdəndir.

“And yerimiz – Şəhidlər!” adlı layihəyə start verilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi iyul-sentyabr aylarında “And yerimiz – Şəhidlər”! adlı layihənin həyata keçirilməsinə başlayıb.

İctimai Birliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, layihə zamanı 44 günlük Vətən müharibəsində döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə yüksələn Xaçmaz, Quba və Qusar rayonlarından olan döyüşçülərin xatirələrinin əbədiləşdirmək, yaşatmaq, eləcə də əlillik dərəcəsi alan qazilərin tanıdılması məqsədilə onlar barədə məlumatlar toplanılaraq kitab şəklində nəşr etdiriləcək.

Fransada iğtişaşlar ilə əlaqədar xəbərdarlıq

Fransada Əlcəzair əsilli yeniyetmənin polis tərəfindən qəddarcasına öldürülməsi nəticəsində baş verən iğtişaşları, polis tərəfindən kütləvi zorakılığı, vətəndaş itaətsizliyini, hakimiyyət orqanları tərəfindən adekvat addım atmaq qabiliyyətinin olmamasını, irqçi təmayüllü tendensiyaların daha da güclənməsini nəzərə alaraq, Azərbaycan Respublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə Fransa Respublikasına səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.