Prezidentin Mətbuat Xidmətinin məlumatı
Martın 1-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Martın 1-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

İraq Respublikasının Prezidenti Əbdül Lətif Camal Rəşid martın 1-də Azərbaycan Respublikasına səfərə gəlib.
Martın 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçiriləcək Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizə səfər edən Çin Xalq Respublikası Hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Xuey ilə görüşüb.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyasının yüksək səviyyəli seqmenti çərçivəsində keçirilmiş “İnkişaf Bəyannaməsinin 35-ci il dönümü münasibətilə yüksək səviyyəli tədbir”də Qoşulmama Hərəkatı (QH) adından açılış nitqi ilə videomüraciətlə çıxış edib.
Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncam imzalayıb.