HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Füzulidə kütləvi məzarlıq olduğu ehtimal edilən ərazi minalardan təmizlənir

Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlıqdan sonra, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində də belə məzarlığın olduğu ehtimal edilir. Lakin bu ərazi minalanıb. Güman olunur ki, ermənilər bu kütləvi məzarlığın yerinin tapılacağını təxmin edib və daha çox insanın ölümünə səbəb olmaq məqsədilə ərazini qabaqcadan minalayıblar. Hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Aşağı Seyidəhmədli kəndində kütləvi məzarlıq olduğu ehtimal olunan ərazidə minatəmizləmə əməliyyatları həyata keçirilir.

Xəbərdarlıq: Fevralın 21-dək ölkə ərazisində hava küləkli olacaq

Fevralın 21-dək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23-25 metrədək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 21-dək Azərbaycanın rayonlarında cənub-qərb küləyinin sürətinin 15-20 metr/saniyə olacağı, bəzi yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcəyi proqnozlaşdırılır.

Müdafiə Nazirliyi “Dəniz komando təməl kursu”na qəbul elan edir

Müdafiə Nazirliyinin Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Dəniz komando təməl kursu”na könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək hərbi vəzifəlilər cari ilin fevral ayının 20-dən mart ayının 25-dək müvafiq sənədlərlə birlikdə HDQ-nin qərargahında fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

Ekofəalların Laçın-Xankəndi yolunda dinc aksiyası 70 gündür davam edir

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiyası 70 gündür davam edir.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, hər zaman olduğu kimi, aksiya iştirakçıları bu səhəri də Dövlət Himinin səsləndirilməsi ilə açıb, vətənpərvər ruhda mahnılar ifa ediblər.