HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Diasporla bağlı videokonfrans: “Bir olaq, həmrəy olaq!”

Diasporla İş üzrə Dövlət Komitəsi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Bir olaq, həmrəy olaq!” adlı bayram videokonfransı təşkil edib.

Komitədən AZƏRTAC-a bildirilib ki, qurumun sədri Fuad Muradov 63 ölkədən 500-ə yaxın soydaşımızın qatıldığı videokonfransı açıq elan etdikdən sonra torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

XİN: Ermənistanın əsassız bəyanatını qətiyyətlə rədd edirik

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan Respublikası Prezidentinin Qərbi Azərbaycan İcması ilə görüşü zamanı səsləndirdiyi fikirləri təhrif edən 24 dekabr 2022-ci il tarixli əsassız bəyanatını qətiyyətlə rədd edirik.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən AZƏRTAC-a verilən məlumatda bildirilir.

Laçın-Xankəndi yolu: Aksiya sivil qaydalar çərçivəsində davam edir

Şuşadan keçən Laçın-Xankəndi yolunda təşkil olunan aksiya bu dəqiqələrdə də sivil qaydalar çərçivəsində yüksək vətənpərvərlik əzmində davam edir.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, aksiya iştirakçıları Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən plakatlar qaldırıb şüarlar səsləndirirlər.