HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azərbaycandakı dini konfessiyaların rəhbərləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Ulu Öndərin ruhuna dualar oxunub, məzarı önünə güllər düzülüb.