HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb

Fransanın paytaxtı Parisdə “Böyük Dəbilqə” turnirində Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildirilib ki, Balabəy Ağayev yarımfinalda israilli İzhak Aşpizə qalib gələrək karyerasında üçüncü dəfə Paris “Böyük Dəbilqə”sinin final mərhələsinə yüksəlib.

Astarada torpaq sürüşməsi: Pensərçayda beton bəndlər çöküb

Astarada Pensərçayın Vaqo kəndi ərazisindən keçən hissəsində baş verən sürüşmə nəticəsində beton bəndlər sıradan çıxıb. Hadisə nəticəsində yol örtüyünün bir hissəsi dağılıb və nəqliyyat üçün yararsız vəziyyətə düşüb.

Şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Rüfət Əsgərovun, Adıgözəl Bəşirovun, İsmayıl Mehdiyevin və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib.