HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

XİN: Ümidvarıq ki, rəsmi Yerevan Roma Papasının sülh çağırışından nəticə çıxaracaq

Roma Papası Fransiskin Yerevanda birgə bəyanat vasitəsilə Dağlıq Qarabağda sülhə çağırışı Ermənistanın Azərbaycan ərazilərinin qeyri-qanuni işğalına son qoyması, Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən çıxarılması, qanlı etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin edilməsi, bununla da regionda sülhün və ədalətin bərqərar olunmasına çağırışdır.

Operativ-taktiki təlimlər davam edir

Müdafiə Nazirliynin  saytına istinadən verilən məlumata görə,Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan başlanan operativ-taktiki təlimlər davam edir.

“The Jerusalem Post” Ermənistanda nasistə abidə ucaldılmasını ciddi tənqid edib

İsrailin nüfuzlu “The Jerusalem Post” nəşrində Ermənistanda nasistə abidə ucaldılmasının ciddi tənqid olunduğu məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə İkinci Dünya müharibəsində nasistlərin tabeçiliyində olan hərbi birləşməyə başçılıq edən millətçi erməni Qaregin Njdeyə Ermənistanın paytaxtı Yerevanda ucaldılmış abidə tənqid atəşinə tutulub.