HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Erməni silahlı bölmələri yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, aprelin 27-si axşam saatlarından başlayaraq 28-i saat 04.00 radələrinədək erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

Azərbaycan Silahlı Qüvvələri düşmənin ancaq hərbi obyektlərinə cavab zərbələri endirib

12376673_1085198801536835_1096533482247011198_n

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, aprelin 26-sı axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri tərəfindən Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30, 152 millimetrlik D-20 haubitsalarından və BM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.

Qan xərçənginə düçar olan müəllimin yardıma ehtiyacı var

img2065684

1978-ci il təvəllüdlü Məmmədov Şəhabəddin Əhəd oğlu ömrünün bu çağında qan xərçəngi xəstəliyinə düçar olub.

Goranboy rayonunda doğulub, boya-başa çatan Şəhabəddin Məmmədov o insandır ki, birinci Qarabağ savaşı zamanı – 15 yaşında evdən xəbərsiz cəbhə xəttinə yollanaraq əsgərlərə köməklik edib. Döyüşlərdən birində hərbçilər üçün sursat daşıyarkən əlində mərmi partlayıb və barmağını itirib, bədəninə çoxsaylı qəlpələr dolub. Bu gün də həmin qəlpələri bədənində gəzdirir…

Müdafiə naziri ön xətdə olub

mnonxetde1

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.