HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Panikada olan düşmən silah-sursatını ataraq mövqelərini qoyub qaçır

Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər və dəqiq vurulan atəş zərbələri nəticəsində böyük itkilərə məruz qalan erməni hərbi qulluqçuları vahimə içində silah-sursatlarını ataraq öz mövqelərindən qaçır, panikada olan düşmən geri çəkilir.
Son saatlar ərzində birləşmələrimizin cavab atəşləri nəticəsində erməni tərəfinin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb.
Silahlı Qüvvələrimizin nəzarətinə keçən daha əlverişli və strateji cəhətdən üstün mövqelərdə bölmələrimiz tərəfindən mühəndis-istehkam möhkəmləndirmə işləri, ərazinin vizual kəşfiyyatı və atəşin korrektəsi tədbirləri icra edilir.

Azərbaycan Ordusunun şəhid olan hərbçiləri dəfn edilib

232d0307cd4af08d029b37c117403aac

Cəbhə xəttində gedən döyüşlərdə şəhid olan Dilsuz Məmmədağa oğlu Qarayev bu gün dəfn olunub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağcabədi rayonunun Hindarx qəsəbə sakini olan 1990-cı il təvəllüdlü gizir Dilsuz Qarayevin cənazəsi ötən gecə yaşadığı evə gətirilib.

Bu gün Hindarx kənd qəbiristanlığında dəfn mərasimi keçirilib. Mərasimdə Ağcabədi rayon İcra Hakimiyyətinin rəsmləri, şəhidin hərbçi yoldaşları, kənd sakinləri iştirak edib . Dilsuz Qarayevin tabutuna çəkilən döyüş bayrağı şəhidin qardaşı Pərviz Qarayevə təqdim olunub.

Ermənilərin işğal olunmuş ərazilərdəki komanda-qərargah məntəqəsi darmadağın edilib

cebhe

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib. Düşmənin çoxlu sayda hərbi qulluqçusu – polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.
Müdafiə Nazirliyi bildirir ki, həyata keçirilən əməliyyatla bağlı video görüntülər ictimaiyyətə təqdim olunacaqdır.