HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Yəhudi lobbi rəhbəri: “Xocalı faciəsi yəhudilərə qarşı törədilən soyqırımı ilə eynidir”

“Avropada bəzi təşkilatlar Azərbaycana qarşı ədalətsiz mövqedə dayanıb. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, kütləvi qətliamlar törətməsi gündəmə gətirilmir. Bu, ədalətsizlikdir”.

Bunu APA-ya Niderland Yəhudi Tarix muzeyinin həmsədri və maliyyəçisi, Avropa-Niderland iş adamları Assosiyasiyasının vitse-prezidenti, Benelüks ölkələri üzrə yəhudi lobbisinin rəhbəri Joel Fresko deyib.

Azərbaycan XİN: Dağlıq Qarabağda keçirilən “seçkilər”in heç bir hüquqi qüvvəsi ola bilməz

XİN

Kütləvi informasiya vasitələrində verilən məlumata əsasən, Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma separatçı rejimin “parlamenti”nə 2015-ci il mayın 3-də qurama “seçki”lər keçirilib. Bu “seçkilər” Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və buna görə də bu “seçkilər”in heç bir hüquqi qüvvəsi ola bilməz.