HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

İraqın “Bağdadiyun” qəzetində azərbaycanlı alimin kitabı haqqında məqalə dərc olunub

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatlara, görülən işlərə sərhədlərimizdən kənarda da yüksək dəyər verilməsini bu elm müəssisəsi, onun alimləri, araşdırmaları, nəşr etdirdiyi kitablar haqqında xarici ölkələrin nəşrlərində mütəmadi yazıların dərc olunması da göstərir. Bu istiqamətdə növbəti məqalə İraq Respublikasında fəaliyyət göstərən “Bağdadiyun” (“Bağdadlılar”) adlı gündəlik qəzetdə işıq üzü görüb.