HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub

Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən təşkil edilən “Çoxqütblü dünyada bəşəriyyət naminə dialoqda qarşılıqlı hörmət və anlaşmanın yeni erası” mövzusuna həsr olunmuş XI Qlobal Forumun açılış mərasimi keçirilib.

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” davam edir. Dekabrın 16-da respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Xocalı rayonunun Seyidbəyli və Təzəbinə kəndlərinə yola salınıb. Bu mərhələdə Təzəbinə kəndinə 10 ailə – 44 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə – 41 nəfər köçürülür.

Azərbaycan yeni sazişə qoşulur

Azərbaycan “Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş”ə qoşulur.