HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək

Azərbaycanda dekabrın 15-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək.

Özbəkistanda Məhəmməd Füzulinin “Seçilmiş əsərləri” kitabının təqdimat mərasimi keçirilib

Özbəkistan Yazıçılar İttifaqında böyük Azərbaycan şairi Məhəmməd Füzulinin “Seçilmiş əsərləri” kitabının təqdimat mərasimi olub.

Azərbaycanın Özbəkistandakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə görkəmli dövlət və ictimai xadimlər, şairlər, yazıçılar, ədəbiyyatşünas alimlər, tərcüməçilər və tələbələr iştirak ediblər.