HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Müstəqilliyə aparan yolun başlanğıcı

Ermənilərin 1988-ci ilin noyabrında Şuşanın Topxana meşəsində tikinti işləri aparmaq məqsədilə ağacları kəsməyə başlaması və mətbuatda bu barədə məlumatın dərc edilməsi xalqımızda böyük hiddət doğurdu. Yüz minlərlə insan paytaxtın baş meydanına axışaraq bu hadisəyə etirazını bildirdi. Noyabrın 17-dən dekabrın 4-dək həmin meydanda izdihamlı etiraz mitinqləri keçirildi, xalqın ayrı-ayrı təbəqələrinin nümayəndələri tribunaya çıxaraq bu özbaşınalığın və qanunsuzluğun qarşısının alınmasını tələb etdilər. Meydanda 18 gün fasiləsiz davam edən etiraz aksiyalarında milli azadlıqla bağlı şüarlar səsləndirildi.

Qazaxıstan mediası: Mərkəzi Asiya və Azərbaycanın əməkdaşlıq əlaqələri böyük perspektiv vəd edir

Mərkəzi Asiya respublikalarının dövlət başçıları 2018-ci ildən başlayaraq mütəmadi olaraq hər il Məşvərət Görüşü keçirərək regional əlaqələrin inkişafı məsələlərini müzakirə edirlər. 2023-cü ildən isə Azərbaycanın Prezidenti də bu formatda keçirilən görüşlərdə qonaq qismində iştirak edir. Bu il keçirilən görüş isə tarixi əhəmiyyət daşıyaraq onunla əlamətdardır ki, Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu üzvü oldu ki, bu da formatın coğrafiyasının genişlənməsi ilə yanaşı, Mərkəzi Asiya respublikalarının Cənubi Qafqaz regionu ilə əlaqələrinin artmasına səbəb olacaq.

Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına səfəri noyabrın 16-da başa çatıb.

AZƏRTAC xəbər verir ki, Daşkənd Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yola saldı.

Azərbaycanın yaratdığı infrastruktur rəsmi Bakını Mərkəzi Asiya üçün əvəzolunmaz strateji tərəfdaşa çevirib

Azərbaycan ilə Özbəkistanın bugünkü qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı təsadüfi xarakter daşımır. Tarixinə nəzər yetirsək, xalqlarımız arasındakı münasibətlərin dərin kökə malik olduğunu görərik. Səlcuqların, Xarəzmşahın, Əmir Teymurun, bütövlükdə Türküstan adlanan dövrdən formalaşan bu əlaqələr əsrdən-əsrə keçdikcə yeni mahiyyət və məzmun alıb, Azərbaycanla Özbəkistan arasında ikitərəfli əməkdaşlıq keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub.