HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azərbaycan Suveren Fondların Beynəlxalq Forumunun illik iclasında təmsil olunur

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti, idarəetməsində olan məcmu aktivlərin həcmi 10 trilyon dolları ötən, dünyanın aparıcı suveren sərvət fondlarını bir araya gətirən yeganə beynəlxalq platforma olan Suveren Fondların Beynəlxalq Forumu (SFBF) tərəfindən Əbu-Dabi şəhərində təşkil edilən və “Transformasiya dövründə dayanıqlılığın formalaşdırılması”na həsr olunmuş illik iclasda iştirak edir.

Ağdərənin Vəngli kəndinə növbəti köç olub

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bugünkü köç mərhələsində 38 nəfərdən ibarət 9 ailə kəndə qayıdıb. Kənddə keçmiş məcburi köçkünlər üçün zəruri infrastruktur tam bərpa olunub. Su, qaz, elektrik enerjisi və internet xidməti fasiləsiz şəkildə təmin edilib. Həmçinin yeni məktəb binası istifadəyə verilib və təhsil müəssisəsində dərs prosesi üçün bütün şərait yaradılıb.