HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Heydər Əliyev irsindən WUF13-ə: Azərbaycanın şəhərsalma strategiyası

Azərbaycan şəhərsalma ənənəsi təkcə memarlıq nümunələrinin tarixi deyil, həm də dövlətçilik düşüncəsinin, sosial inkişafın, iqtisadi modernləşmənin və milli mədəniyyətin şəhər məkanında ifadəsidir. Bu baxımdan ölkəmizin şəhərsalma tarixində Ümummilli Lider Heydər Əliyev mərhələsi xüsusi yer tutur. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi həm sovet dövründə, həm də müstəqillik illərində şəhərsalma siyasəti təsadüfi tikinti prosesi kimi deyil, sistemli dövlət siyasəti kimi formalaşıb.

Vətən uğrunda yazılmış əbədi bir dastana çevrilən şəhid ömrü

Bəzən bir insanın ömrü illərlə deyil, göstərdiyi cəsarətlə ölçülür. Qısa, amma mənalı yaşanan həyat hekayələri var ki, zaman keçdikcə unudulmur, əksinə daha da dərinləşərək yaddaşlara həkk olunur. 2016-cı ilin Aprel döyüşləri də belə qəhrəmanlıqların səhnəsi oldu – bu səhnədə adını tarixə yazan igidlərdən biri də Xüsusi Təyinatlı Qüvvələrin şəhid giziri Elimdar Səfərov idi. Onun həyatı sadə bir gəncin taleyindən başlayıb, Vətən uğrunda yazılmış əbədi bir dastana çevrildi.

Gürcüstanda Qarabağ Zəfərinə həsr edilən “Xarıbülbülün qərənfilə müjdəsi” kitabının təqdimatı olub

Marneulidə Gürcüstan Azərbaycanlıları Konqresində (GAK) Azərbaycanın Əməkdar müəllimi, Binəqədi rayonundakı Rüstəm Əliyev adına 3 saylı orta məktəbin direktoru Almaz Həsrətin və həmin məktəbin müəllimi, şəhid bacısı Gülnarə Musayevanın həmmüəllifliyi ilə işıq üzü görən “Xarıbülbülün qərənfilə müjdəsi” kitabının Gürcüstanda təqdimatı keçirilib.