HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Beynəlxalq səyyahların Kəlbəcərə səfəri başlayıb

İşğaldan azad edilmiş ərazilərimizdə səfərdə olan beynəlxalq səyyahlar səyyahlar qrupu fevralın 5-də Kəlbəcərə gəlib, rayonun Zülfüqarlı kəndində yerləşən İstisuda olublar.

AZƏRTAC xəbər verir ki, səyyahlara İstisu və işğal zamanı ermənilərin torpaqlarımızda, o cümlədən Kəlbəcərdə törətdikləri vəhşiliklər barədə məlumat verilib.

Aksiyanın 56-cı günü: Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 56 gündür davam edir.

AZƏRTAC xəbər verir ki, havanın şaxtalı olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. İştirakçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Beynəlxalq səyyahlar Şuşa şəhəri ilə tanış olublar

İşğaldan azad edilmiş Qarabağa səfər edən beynəlxalq səyyahlar qrupu Şuşa şəhərinin tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səyyahların Şuşaya səfəri Laçın-Xankəndi yolunda aksiya keçirilən ərazidən başlayıb.

Ekoloji cinayətə qarşı etirazlar 55 gündür davam edir

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 55 gündür davam edir.

AZƏRTAC xəbər verir ki, havanın qarlı olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. İştirakçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

On iki ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb

Geniş tərkibdə beynəlxalq səyahətçilər qrupunun işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb. Səyahətçilər bu gün Füzuli-Xocavənd-Şuşa marşrutu üzrə hərəkət edəcəklər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 30 nəfərlik heyətə 12 ölkənin – ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın tanınmış səyyahları daxildir.