HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Erməni dövləti

Erməni dövləti necə yarandı?

Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən, Azərbaycan torpaqları Rusiya ilə İran arasında bölüşdürüldükdən və Azərbaycanın müstəqil dövlətləri-xanlıqlar aradan qaldırıldıqdan sonra Çar Rusiyası Azərbaycan xalqına qarşı cinayətə əl ataraq, ermənilərə “bəxşiş” verdi: Azərbaycan torpaqlarında (Naxçıvan və İrəvan xanlıqlarının əraziləri əsasında) “Erməni vilayəti” adlı qondarma inzibati idarə vahidi yaratdı.

 

Ermənistan rejimi faşizmə pərəstiş edir

 Xeyli vaxtdır ki, Ermənistanda bir təmayül özünü açıq-aydın büruzə verir: Yerevandakı hakim rejim ölkədə davam edən sosial-iqtisadi böhran içində çapalayan cəmiyyətin çoxsaylı problemlərinə çarə tapa bilmədiyindən ictimaiyyətin diqqətini başqa istiqamətə yönəltməyə və beləliklə, xalqın hiddətindən qurtulmağa cəhd edir.

 

A.Mikoyan “Böyük Ermənistan”ı cinayətkar ideya adlandırıb

…Erməni şovinistləri imperialist müttəfiqlərinə və qaragüruhçu general Denikinə arxalanaraq,  Qara dənizdən Aralıq dənizinədək məsafəni əhatə edən yeddi vilayətin daxil olduğu “Böyük Ermənistan”ın yaradılması kimi artıq cinayətkar ideyaya çevrilmiş xülyaya ümid bəsləyirlər.