Elxan Süleymanov: “Qoca Avropanın aparıcı dövləti olan Almaniyanın bir sıra yüksək dairələri çirkli “demokratiya” oyununun davam etdirilməsində maraqlıdır”
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov Xocalı soyqırımının ildönümü ərəfəsində bu bəşəri cinayəti törədənlərin cəzalandırılmasının hüquqi mexanizmlərinə dair məqalə yazıb.
Musavat.com Elxan Süleymanovun yazısını təqdim edir:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 6 yanvar 2021-ci il tarixində 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirildi. Cənab Prezident keçən ilin yekunlarına və 2021-ci ildə görüləcək işlərin müzakirəsinə həsr edilmiş müşavirəni giriş nitqi ilə açaraq vurğuladı ki, “keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb, təslim olub və biz 3 rayonumuzu bir güllə atmadan, bir şəhid vermədən siyasi yollarla geri qaytardıq. Beləliklə, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu”.
AVCİYA prezidenti Elxan Süleymanov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ona məlum olan gizli oyunları ilə bağlı açıqlama verib. O, AŞPA-da nümayəndə heyətinin üzvü olarkən ATƏT-in Minsk Qrupu həmsədrlərinin açıq-aşkar işğalçı dövləti dəstəkləməsinin şəxsən şahidi olmasını da diqqətə çatdırıb.
“İşğal altında ərazilərimizin azad edilməsi uğrunda 44 gün davam etmiş Vətən Müharibəsi 10 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən bəyanatın imzalanması ilə başa çatdı. Bununla da müharibənin hərbi fazası Azərbaycanın işğalçı Ermənistan üzərində tarixi qələbəsi ilə yekunlaşdı və bölgədə yeni dövr, özündə dinc yanaşı yaşamaq üçün əsasların formalaşmasını ehtiva edən post-münaqişə dövrü başladı”.
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən 10 noyabr 2020-ci ildə bəyanatın imzalanması Azərbaycanın işğalçı Ermənistan üzərində tarixi qələbəsini rəsmiləşdirdi. Bununla da müharibənin hərbi fazası başa çatdı, münaqişənin uzunmüddətli həllinə nail olundu və bölgədə yeni dövr başladı – bölgədə dinc yanaşı yaşamaq üçün əsas yaradıldı.
1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.
Onun yaratdığı sənət əsərləri danışır. Onun sehrli barmaqlarından çıxan hər bir əsər keçdiyi ömür yolunun bariz nümunəsidir. Rəngarəng əsərlərin qəhrəmanı ilə həm danışmaq, həm də bu rənglərin işığından keçdiyi ömür yoluna nəzər salmaq imkanımız oldu. 57 illik bir sənət fəadaisinin ömür yolunu vərəqlədikcə illərin heç də hədər getmədiyinin bir daha şahidi olduq. Öyrəndik ki, könlünü bu sənətə lap uşaqlıqdan bağlayıb.
Aparıcı: Fuad İlyas oğlu Babayev, 1992-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin fəlsəfə fakultəsinin məzunu, Qərb Universitetində Politologiya kafedrasının müəllimidir. “Space” müstəqil televiziya şirkətinin xəbərlər departamentinin direktor müavinidir.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən mayın 1-11-də icra edilən əməliyyatlara dair məlumatı açıqlayıb.
Memuar ədəbiyyatı haqqında müxtəlif fikirlər ola bilər, amma memuaristika şəxsən mənim çox sevdiyim janrdır. Müdrik sənət insanı, aktyor Uill Smitin “Yaxşı insanlar sizə xoşbəxtlik gətirər, pis insanlar təcrübə qazandırar, ən pislər dərs verər, ən yaxşılarsa xatirələr bəxş edər. Hər kəsi qiymətləndirin” sözləri bu mənada mənim baxışımı və yanaşmamı çox gözəl ifadə edir. Imkan olsa, ömür vəfa eləsə, haçansa mən özüm də uzun illərdir tutduğum gündəliyi kitaba çevirməyi düşünürəm…