HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Azərbaycanlıların soyqırımları

Türkiyənin “A haber” telekanalında Xocalı soyqırımından kadrlar yayımlanıb


Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini həyata keçirmək üçün soyqırımı və terror aktlarından istifadə etməklə dinc əhaliyə qarşı amansız cinayətlər törədib. Bu cinayətlərə göz yuman, baş verənləri sükutla qarşılayan tərəflər bu və ya digər formada Ermənistanın işğalçılıq siyasətinə dəstək veriblər.

“24 aprel soyqırımı” erməni uydurmasıdır

Erməni ideoloqları və onların havadarları artıq bir əsrdir dünyanı inandırmaq istəyirlər ki, 1915-ci ildə Osmanlı ərazisində erməni xalqına qarşı dövlət səviyyəsində soyqırımı törədilmişdir. Tarixdə heç zaman olmayan uydurma “soyqırımı”nı dünyanın gündəliyinə gətirməklə erməni millətçiləri ondan öz siyasi məqsədləri üçün istifadə edirlər. Əsas məsələ odur ki, indi ayrı-ayrı ölkələrin parlamentində tarix kitabının bir səhifəsini oxumayan, “tarixçi” rolunda çıxış edənlər əl qaldırıb-endirməklə heç bir zaman olmayan uydurma “soyqırımı”nın guya olduğu barədə sənədlər qəbul edirlər.