HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Azərbaycanlıların soyqırımları

Şamaxı qırğınları

1918-ci ilin mart-aprel aylarında erməni zorakılıqlarından Azərbaycanın ən çox zərər çəkmiş bölgələrindən biri də Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlılar yaşayan kəndləri olmuşdur.

Bakı qırğınları

Bakıda vətəndaş müharibəsi adı altında milli qırğının başlanğıcını qoymuş həmin fitnəkar tədbir bundan ibarət olmuşdu ki, 1918-ci il martın 29-da Bakı Soveti İcraiyyə Komitəsinin sərəncamı ilə “Evelina” gəmisində Lənkərana üzməyə hazırlaşan müsəlman diviziyasının (“Dikaya diviziya”nın azərbaycanlı süvari polku nəzərdə tutulur. – K. M.) bir neçə yüz nəfərlik zabit və əsgəri tərksilah edilmişdi. Bu, açıq-aşkar meydan oxumaq, öz gücünü nümayiş etdirmək, əsl amirlik hərəkəti idi.

Kədərli Naxçıvan hadisələri

1905-ci ilin may ayının əvvəllərində Bakı erməni-müsəlman toqquşmasından sonra Naxçıvan erməni-müsəlman camaatı artıq həyəcanda idilər. Buna nisbət ermənilər əsla qorxmayıb həmişə müsəlmanlara əziyyət verməkdə idilər.

Şəhid fidanlar

Azərbaycan və türk dünyasının tarixi ərazilərinə iddiasını gizlətməyən erməni daşnak ideoloqları saxta soyqırımı adı ilə yüz ildir bəşəriyyətə meydan oxuyurlar.