HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Azərbaycanlıların soyqırımları

Ermənilər türklərə qarşı

Artıq yüz ildir deyilən, get-gedə böyüyən yalanların “yüz illiyi”nə də gəlib çatdıq. Ermənistanın və erməni lobbisinin hər il aprel ayında “vay-şüvən”, türklərə qarşı uydurma “soyqırımı” iddiaları bu qondarma hadisənin növbəti il dönümü ərəfəsində pik həddinə çatmaqdadır.

Xocalı soyqırımı – XX əsrin sonunda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi ən ağır cinayətdir

XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Xolokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir. Adı çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur.

Azərbaycanlılara qarşı törədilən soyqırımlar

Azərbaycanlılara qarşı iki əsr davam edən genişmiqyaslı qanlı soyqırım aksiyası nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı böyük qəddarlıqla qətlə yetirilib. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan elindən-obasından didərgin düşüb. Hər bir soyqırım isə Azərbaycan tarixinin qanlı səhifəsidir.