Qaçılmaz acı bir həqiqət
1917-1920-ci illərdə İrəvan və ətraf bölgələrdə azərbaycanlıların ardıcıl soyqırımları törədilirdi
1917-1920-ci illərdə İrəvan və ətraf bölgələrdə azərbaycanlıların ardıcıl soyqırımları törədilirdi
…XX əsrin 40-cı illərinin ikinci yarısında mərkəzi hökumətdəki nümayəndələrinə arxalanan erməni millətçiləri azərbaycanlıların Ermənistan SSR-dəki öz tarixi-etnik torpaqlarından qovulub çıxarılması və ilk növbədə, Qarabağın qoparılıb Ermənistana verilməsi tələbini irəli sürdülər.
Sovet tarixinin ən utancverici acı həqiqətlərindən biri xalqların diskriminasiyasına xidmət göstərən deportasiya siyasəti olmuşdur.
I Dünya müharibəsi dövründə Mikoyan başda olmaqla erməni daşnaq liderləri «Böyük Ermənistan» uğrunda ikibaşlıfəaliyyət göstərmişlər. Bir tərəfdən onlar Hitlerin qələbə çalacağına inanıb ona Zaqafqaziyada iki dövlətin-erməni və gürcü dövlətlərinin qurulmasını təklif etmişlər. Bununla onlar Azərbaycan torpaqlarını mənimsəmək istəyirdilər. Digər tərəfdən isə qələbə Sovet İttifaqı tərəfdə olarsa, Türkiyənin Qars vilayəti və ona yaxın ərazilərin Sovet Ermənistanına birləşdirilməsi planını cızırdılar. Hər iki halda azərbaycanlıların Zaqafqaziyadan Orta Asiyaya və Sibirə deportasiyasına cəhdlər edilirdi.
Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə aparılıb: