HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Təhlil

Ermənilər Naxçıvan əyalətinin 43, Ordubad dairəsinin 5 kəndində yerləşmişdi

Çar Rusiyası siyasətində ermənilərin Şimali Azərbaycana köçürmə siyasətində Naxçıvan bölgəsinə də xüsusi yer ayrılmışdıı. Rusiyada bu siyasətə haqq qazandırmaq üçün İrəvan və Naxçıvan kimi tarixi Azərbaycan ərazilərini erməni torpağı kimi qələmə verməkdə davam edirdi. Çar I Nikolay (1825-1855) İrəvan və Naxçıvan xanlıqları əsasında qurama “Erməni vilayəti” yaradılması haqqında 1828-ci ilin martında fərman vermişdi.

Ermənilərin köçürülməsi rusdilli mənbələrdə

refugee camp

Azərbaycanın ayrılmaz hissəsi – Dağlıq Qarabağ probleminin tarixi kökləri, müxtəlif dövlərdə onun etnik tərkibi ilə əlaqədar bir-birini istisna edən xeyi versiyalar var. Bəzi erməni tarixçiləri ağlasığmaz tərzdə tarixi həqiqəti təhrif edir, həmçinin Qarabağın tarixən Ermənistana mənsub olması kimi illüziya xarakterli versiyalar irəli sürürlər. Əslində isə ermənilərin Azərbaycan torpaqlarına gəlmələri həqiqəti tarixi mənbələrdə, elmi tədqiqatlarda, eləcə də arxeoloji materiallarda kifayət qədər öz əksini tapıb. Bir sıra rus müəllifləri bu faktı öz əsərlərində təsdiq edirlər.

I ALEKSANDRIN DÖVRÜNDƏ ERMƏNİ KİLSƏSİNİN FƏALİYYƏTİ

1808-ci ildə çar I Aleksandr (1801-1825)  ruslara  kömək məqsədi ilə apardığı cəsusluq fəaliyyətinə görə erməni kilsəsinin katolikosu Danieli birinci dərəcəli  Müqqədəs  Anna ordeni ilə təltif etdi. Ruslar qərbə hücum edib Osmanlı torpaqlarının dərinliklərinə irəliləyəndə də erməni  kilsəsi  daim onlara kömək edir və ardıcıl olaraq rusların onlan «müsəlman zülmündən» xilas etməyə səsləyirdi.

İran taxtının vəliəhdi, alihəzrət Abbas Mirzənin məktubu

Yüksək dərəcəli, çox alicənab, tədbirli və xristian əyanları arasında seçilən polkovnik Lazarevə. Məlumunuz olsun ki, Xoyun və Urmiyanın boşaldılması üçün paytaxt şəһəri Tehrandan pul alınmışdır və biz cənab infanteriya generalı ilə (Paskeviçlə) bağladığımız müqaviləyə görə, nəzərdə tuturuq ki, yuxarıda adları çəkilən əyalətlər Allahın mərһəməti ilə tərk ediləcək.