HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Söhbət

Vüsal Əhmədov: “Qarabağ həqiqətlərindən bəhs edən ingilscə filmləri azarkeşlərə pulsuz paylayacağıq”

foto

Azərbaycan, eləcə də Qarabağ həqiqətlərinin təbliği xarici ölkələrdəki gənclərimiz üçün prioritetdir. Elə müsahibimiz Vüsal Əhmədov da İsveçdə dostları Nicat İbrahimov və  Natiq Babayevlə birgə bir ildir ki, “Qarabağ” futbol komandasının “İmarət Avropa” fan klubu adı ilə ölkəmizin təbliğatını aparır. Bu bir ildə İmarət Avropa” “Qarabağ”ın İsveç, Almaniya, Avstriya, Malta, Ukrayna, İtaliya, Hollandiyada keçirilən oyunlarında yanında olub. Xatırladaq ki, Vüsal Əhmədov 1989-cu ildə Bakıda anadan olub. Orta təhsilini Bakıdakı “Tərəqqi” liseyində alıb. 2008-ci ildən İsveçdə yaşayır.