Rəfael Hüseynov Bakı Dövlət Universitetini, Sorbonna Universitetinin aspiranturasını bitirib. “Molodyoj Azerbaydjana” qəzetinin baş redaktoru, “Komsomolskaya pravda” qəzetinin şöbə müdiri olub. “Raboçaya tribuna” qəzetinin baş direktoru, “Trud” qəzetinin baş redaktor müavini, “Tribuna” qəzetinin şef-redaktoru vəzifələrində çalışıb. Rusiya Jurnalistlər İttifaqının katibi, Ümumrusiya Azərbaycanlıları Konqresinin rəyasət heyətinin üzvüdür. Rusiyanın əməkdar mədəniyyət işçisidir.
Rey Kərimoğlu 1967-ci ildə Ağdam rayonunda anadan olub. Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq institutunun hüquq fakültəsini bitirib. Ermənilərin Azərbaycana qarşı torpaq iddiasına etiraz əlaməti olaraq 1988-ci ilin fevral ayında Ağdam – Əskəran istiqamətindəki yürüşdə iştirak edib. 2-ci qrup Qarabağ əlilidir.