HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

ADA Universitetində Azərbaycanın işğal altındakı ərazilərində qeyri-qanuni fəaliyyətlərlə bağlı hesabat təqdim edilib

Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət beynəlxalq hüquqa ziddir. Ciddi narahatlıq doğuran fakt bəzi ölkələrin hüquqi və fiziki şəxslərinin Ermənistan və qeyri-qanuni rejimlə əməkdaşlıq edərək, Azərbaycanın işğal altındakı ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlə məşğul olmasıdır. Bu sırada Avropa ölkələrinin hüquqi və fiziki şəxsləri də yer alırlar.

27 il Xankəndisiz…

Bu gün Azərbaycanın Xankəndi şəhərinin və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik Kərkicahan qəsəbəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il ötür.

Kolumbiya parlamenti Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz boşaldılmasını tələb edir

Kolumbiya parlamentinin xarici işlər, təhlükəsizlik və milli müdafiə üzrə İkinci Komitəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən qətnamə qəbul edib. Qətnamə Azərbaycan Respublikasının Boqotadakı səfirliyinin müvəqqəti işlər vəkili Həmid Zeynalova rəsmi olaraq təqdim edilib.

Hikmət Hacıyev: MDB dövlət başçılarının qeyri-rəsmi Sankt-Peterburq görüşü işgüzar və səmimi şəraitdə keçdi

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilmiş MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakı və tədbirin əhəmiyyəti barədə AZƏRTAC-a  müsahibə verib. Müsahibəni təqdim edirik.