HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Puç olan erməni təxribatı

Sumqayıt hadisələri

1988-ci il fevral ayının sonlarında Sumqayıt şəhərində baş verən hadisələr ermənilərin və havadarlarının Azərbaycan xalqı ilə bağlı beynəlxalq ictimaiyyətdə mənfi imic yaratmaq məqsədi güdən qanlı cinayətlərindən biri idi. Həmin hadisələr zamanı Sumqayıtda müxtəlif millətlərdən olan 32 nəfər həlak olub, 400-dən çox insan bədən xəsarəti alıb, 200-dən çox mənzil talan edilib, 50-dən artıq mədəni-məişət obyekti dağıdılıb.

Hərbi Prokurorluq: Xocalı soyqırımında 366-cı alayın 18 zabit və gizirinin iştirakı tam sübuta yetirilib

78e740900c027f4e606144207e1bc6ea

“Erməni işğalı nəticəsində Xocalıya 523 milyon ABŞ dolları məbləğində ziyan dəyib”.

APA-nın xəbərinə görə, bunu Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Ülvi Əhmədov deyib. O bildirib ki, 39 nəfərin Xocalın soyqırımında iştirakı tam sübuta yetirilib: “39 nəfərdən 18-i o vaxt Xankəndində yerləşən 366-cı motoatıcı alayın zabit və gizirləridir”. 

ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər

Osce

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə Münhendə keçirilən təkbətək və birgə görüşünün yekunlarına dair bəyanat yayıblar.

APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi xəbərə görə,  ATƏT-in Hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin də iştirak etdiyi görüşdə qoşunların təmas xəttindəki vəziyyət müzakirə olunub. Həmsədrlər münaqişənin dinc yolla həllinə alternativin olmadığını bir daha təsdiqləyərək, tərəfləri təmkinliyə, bəyanatlarında əhalini müharibəyə deyil, sülhə hazırlamağa çağırıblar. Həmsədrlər tərəfləri hərbi əməliyyatlara son qoyulmasının əsasını təşkil edən atəşkəsə dair 1994/95-ci il tarixli razılaşmalara riayət etməyə çağırıblar.