Erməni ideoloqları və onların havadarları artıq bir əsrdir dünyanı inandırmaq istəyirlər ki, 1915-ci ildə Osmanlı ərazisində erməni xalqına qarşı dövlət səviyyəsində soyqırımı törədilmişdir. Tarixdə heç zaman olmayan uydurma “soyqırımı”nı dünyanın gündəliyinə gətirməklə erməni millətçiləri ondan öz siyasi məqsədləri üçün istifadə edirlər. Əsas məsələ odur ki, indi ayrı-ayrı ölkələrin parlamentində tarix kitabının bir səhifəsini oxumayan, “tarixçi” rolunda çıxış edənlər əl qaldırıb-endirməklə heç bir zaman olmayan uydurma “soyqırımı”nın guya olduğu barədə sənədlər qəbul edirlər.