
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paradda iştirak ediblər.
Prezident İlham Əliyev: Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir
Dövlət Bayrağı Günü ərəfəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza səbirsizliklə gözlədiyi müjdəni verdi: Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etdikdən sonra paytaxtımızın minlərlə sakini ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş, erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına üz tutub.
Fotoqraf Fətəli Fətəliyev 1945-ci ildə Şuşa şəhərində anadan olub. Fotoqrafiyaya 1957-ci ildə 5-ci sinifdə oxuyarkən foto dərnəyində başlayıb. Fotojurnalistika fəaliyyətinə 1978 ildən qədəm qoymuş, respublikada dərc olunan “Elm və həyat”, “Azərbaycan təbiəti”, “Azərbaycan qadını”, “Mədəni maarif”, ”Ulduz”, “Советский музей” jurnallarında, “Xarici ölkələrlə əlaqələr” cəmiyyətinin “Sovet Azərbaycanı” bülletenində, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və İncəsənət” qəzetlərində, “Caspian”, “Azerbaijan International”, “Trend”, “Capital”, “Популяр”, “Ваш дом” jurnallarında, BMT-nin İnsan İnkişafı haqqında kitablarında və sairə nəşrlərdə fotomüxbir kimi fəaliyyət göstərmişdir.