HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Foto

Xəbərdarlıq! Bu bölmədəki bəzi şəkillər uşaqlar üçün məqsədəuyğun deyil!

Elnur Babayev – Vaqonlardakı həyat (Fotoqalereya)

fotoqraf Elnur Babayev

Elnur Babayev 1962-ci ildə Bakıda anadan olub. 1981-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib. 1988-ci ildən etibarən xarici jurnallar üçün fotolar çəkib. Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür. 1995-ci ildə UNİCEF-in, o cümlədən World Press Photo və Mother Jones foto müsabiqələrinin qalibi olub. ABŞ-da, Fransada, Böyük Britaniyada, Almaniyada, Avstriyada, Tunisdə, Finlandiyada, Rusiyada keçirilən fərdi və qrup sərgilərində fotoları nümayiş olunub. Elnur Babayevin çəkdiyi fotoların bir qismi dövlət muzeylərində, şəxsi kolleksiyalarda o cümlədən Vyanadakı “Niederosterreich Landers Museum”da, Parisdəki Fransanın Mədəniyyət Nazirliyinin qalereyasında, Moskvadakı Muasir İncəsənət Muzeyində saxlanılır.

Oleq Litvin – Erməni təcavüzündən əziyyət çəkənlər

oleg_litvinFOTOQRAF: OLEQ LİTVİN

Oleq Litvin 1936-cı ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1973-cü ildən 1990-cı ilədək ТАСС – Sovet İttifaqı Teleqraf Agentliyində fotoreportyor işləyib. Daha sonra GAMMA, Reuters, AP kimi xəbər agentlikləri ilə əməkdaşlıq edib.“Humay” mükafatının laureatıdır. Azərbaycan Fotoqrafiya sənətində xidmətləri olmuş, Azərbaycan fotojurnalistikasında öz dəsti xətti ilə seçilən qocaman fotoqrafımız Oleq Litvin  2017-ci il iyul ayının 6-da 81 yaşında vəfat etmişdir.

Kədər

FOTOQRAF: VÜQAR İBADOV

Vugar Ibadov(AFB)

Vüqar İbadov 1978-ci ildə Bakı şəhərində anadan olub. Reuters,A PTN, AFP, CİHAN HABER AJANSI informasiya agentlikləriylə uzun müddət əməkdaşlıq edib. SOY production, Samanyolu, Lider tv, TRT Bakı bürosunda, Anadolu Agentliyində işləyib. 2008-ci ildə Türkiyə xəbər operatorları dərnəyinin “İlin xəbər görüntüsü” yarışmasına qatılıb. Azərbaycanda keçirilən Eurovision 2012 mahnı müsabiqəsinin Eurovision işçi qrupunda rəsmi fotoqraf olaraq çalışıb. 2012-ci ildə Azərbaycan Fotoqraflar Birliyinin təşkil etdiyi “İlin fotoqrafı” müsabiqəsində “Press fotojurnalisti” mükafatına layiq görülüb. Hal-hazırda Bakı Media Mərkəzinin fotomüxbiridir.

Məcburi köçkünlər silsiləsindən

Anna suleymanova FotoqrafFotoqraf: Anna Süleymanova

1981-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2002-ci ildən Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür.  Çoxsaylı sərgi, seminar, konfrans və festivallarda iştirak edib. 2010-cu ildə, “National Geographic” jurnalı foto-şəkil bölməsinin sabiq direktoru Kent Kobersteenin rəhbərlik etdiyi seminarda birinci yeri tutub. Həmçinin, 2010-cu ildə “İlin fotoqrafı” mərasimində “Gümüş Arqus”, 2011-ci ildə isə “İlin kuratoru” nominasiyasında qalib gəlib.

Azərbaycan Dövlət Neft Akademiyasının köhnə yataqxanasına Ermənistanın Azərbaycana təcavüzündən sonra ermənilər tərəfindən işğal olunmuş müxtəlif ərazilərdən məcburi köçkünlər yerləşdirilmişdi. Fotolarda həmin insanların bir qisminin həyatı göstərilir. Bakı, Azərbaycan, 2011

Erməni vandalizmi fotolarda

Dağıdılmış tarixi abidələr, məscidlər, qəbiristanlıqlar, xarabalığa çevrilmiş şəhər və kəndlər… Azərbaycanın Ermənistanın silahlı birləşmələri tərəfindən işğal olunmuş ərazilərində vandalizmin izlərinə hər addımda rast gəlmək olar.