HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Müsavat

Birinci Dünya müharibəsi dövründə Cənub-Qərbi Qafqazda ermənilərin müsəlmanlara qarşı törətdikləri qətliamlar

1914-cü il yer kürəsində yaşayan milyonlarla insanların həyatında dramatik hadisələrlə zəngin dönüş ili oldu, bəşəriyyət tarixində öz miqyası və qurbanlarına görə misli görünməmiş Birinci Dünya müharibəsi başlandı. Osmanlı dövlətinin də qatıldığı bu savaşda əsas döyüş cəbhələrindən biri də Qafqaz cəbhəsi idi. Bu cəbhədə hərbi əməliyyatların başlanması Rusiya hakim dövrələrinin, ələlxüsus Qafqaz canişini İ.İ.Vorontsov-Daşkovun Cənubi Qafqazda onlara ən sadiq olan ermənilərə rəğbətini xeyli artırdı.

Ermənistan Respublikasinin Azərbaycan xalqının arxeoloji irsinə qarşı soyqırım siyasəti

Mədəni irs və ona münasibət müasir dünyanın sivil cəmiyyətinin göstəricisi kimi çıxış edir. Bu həm qanunverici şəraitə, həm də əxlaqi normalara aiddir. Mədəni irsin, o cümlədən arxeoloji irsin istifadəsi və şərhində bir tərəfdən siyasi ideologiyadan elmi yanaşmaya inkişaf müşahidə olunmaqla yanaşı, digər tərəfdən əks istiqamətdə hərəkat özünü biruzə verir.

TORKVEMADANIN ALƏTLƏRİ BAKIDADIR

Şirvanşahlar Sarayı Kompleksində “İnkvizisiya – orta əsr işgəncə alətləri”ni nümayiş etdirən sərgi açılıb. Latın dilində hərfi tərcüməsi istintaq, axtarış mənasını verən- inkvizisiya XIII-XIX əsrlərdə Papa III İnnokenti tərəfindən təsis edilib və katolik kilsəsi nəzdində xüsusi istintaq və məhkəmə orqanı olub.