HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Müsavat

KREDİT DÜYÜNÜ ÇÖZÜLDÜ…

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” məlum fərmanını iqtisadçı ekspertlər daha detallı şərh edir.

 

MƏZHƏBÇİLİK İSLAM DÜNYASINI PARÇALAYAN TENDENSİYA KİMİ (10-cu tədbir)

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalının bazasında növbəti müzakirədə Aİİ-nin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Aslan Həbibov, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin əməkdaşı Gündüz Nəsibov, ilahiyyat üzrə fəlsəfə doktoru Sevinc Aslanova, jurnalist Azər Həsrət iştirak ediblər.

 

“Xocalı soyqırımı – bəşəri cinayət”

Ötən gün “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “1905.az”  portalı birgə Xocalı faciəsinin 27 ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı – bəşəri cinayət”  adlı dəyirmi masa keçirdi.

AVCİYA bələdiyyə seçkiləri ilə bağlı hazırlıq işlərinə start verdi

14 fevral 2019-cu il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiysının (AVCİYA) Seçki Qərərgahının Bələdiyyə seçkiləriylə bağlı Fəaliyyət Proqramının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan AVCİYA-nın vitse-prezidenti, pedoqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev bələdiyyə seçkiləri ilə bağlı Assosiasiyanın görəcəyi işlər barədə danışıb.

1918-ci ilin avqustu. Bakı kəndləri

2003-cü ildə “Üç Nöqtə” qəzetində çalışarkən, Bakının ətraf kəndlərində sosial problemləri işıqlandıran reportajlar hazırlayırdım. Həftəyə bir reportaj… Zaman ötdükcə, yazılara təkcə problemləri deyil, həm də kəndin tarixi, abidələri, maraqlı insanları haqda bilgiləri də əlavə etdim.  Söhbət etdiyim insanlar yaşadıqları kəndin tarixini danışanda 1918-ci il hadisələrini xüsusilə qeyd edirdilər.  Beləcə, reportajlarda 1918-ci ilin Mart soyqırımını ayrıca yarımbaşlıq altında yazmağa başladım. Hətta redaktorum Rəsul Mirhəşimli yarımbaşlıqları nəzmə çəkirdi, yazını daha konkretləşdirməyə çalışanda isə hər cümləni müdafiə etməli olurdum.  Həmkarlarım yazıların uğurlu alındığını düşünürdülər.