HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Müsavat

Nazim Mustafa: “Həm 1918-ci il soyqırımı zamanı, həm də birinci Qarabağ müharibəsində ermənilər eyni istiqamətlərdən hücum edirdilər”

Tarixçi alim Nazim Mustafa Prezident Kitabxanasının şöbə müdiri, Azərbaycan MEA Tarix İnsitutunun əməkdaşıdır. Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərin müəlliflərindən biri kimi Azərbaycan Dövlət Mükafatına layiq görülüb. 1905-1906-cı il soyqırımını əsas tədqiqatçılarındandır.

Qarabağ savaşı belə başladı

Tarixən Azərbaycan torpaqlarına göz dikən ermənilərin doğma yurdumuza növbəti təcavüzündən bu gün 27 il ötür. 1988-ci il fevralın 22-dən – Əli Hacıyevin və Bəxtiyar Quliyevin Əsgəranda şəhid olduqları gündən hələ də bitməyən ədalətsiz savaş başladı. Bu məkrli ssenarini isə düşmən çoxdan həyata keçirməyə çalışırdı…