HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Səsvermə

Ağ Ev AVCİYA-nın petisiyasını cavablandırdı: İşğal edilmiş ərazilər Azərbaycanın nəzarətinə qaytarılsın.

Elxan Süleymanov

Bakı, Azərbaycan

11 iyun 2016-cı il

ABŞ Ağ Ev administrasiyası 10 iyun 2016-cı ildə Azərbaycan ərazisinin 20%-ni işğal edən Ermənistan qoşunlarının geri çəkilməsini tələb edən və baxımsız Sərsəng bəndinə görə humanitar fəlakətlə üzləşə biləcək yüz minlərlə vətəndaşın vəziyyətini vurğulayan petisiyaya rəsmi cavab verdi.

Millət vəkili Elxan Süleymanov: “Hüququn aliliyini özünün əsas prinsipi elan edən ABŞ-ın petisiyaya münasibəti Azərbaycan cəmiyyətinin və 2085 saylı qətnaməyə səs verən 45 Avropa ölkəsinin rəyinə münasibəti olacaq”.

13119955_858191654306474_227500351804954673_o

Mayın 6-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “Ədalətin bərqarar olunması  və böyük fəlakətin qarşısının alınması” adlı petisiya layihəsi ilə bağlı mətbuat konfransı keçirilib.

Şahin Camalov: “Türkiyə qardaşına sahib çıxdı”

Milletvekili Mehmet __zhaseki beyleStrategiya.az saytının əməkdaşının İnsan hüquqları XXI əsr -Azərbaycan fondunun prezidenti, AVCİYA-nın eksperti, “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsinin Türkiyə üzrə məsul şəxsi Şahin Camalovla müsahibəsi

Millət vəkili Elxan Süleymanov: “Hər bir səs Ağ Evin rəsmi saytına girən milyonlarla insanı düşünməyə məcbur etməlidir”.

7

Aprelin 28-də AVCİYA-nın “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması” adlı petisiya layihəsini dəstəkləyənlər sırasına Bakı Slavyan Universiteti də qoşuldu. Bu münasibətlə Universitetdə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, filologiya elmləri doktoru, professor Asif Hacıyev AVCİYA-nın prezidenti Elxan Süleymanovun fəaliyyəti, onun təşəbbüsü ilə AŞPA-nın qəbul etdiyi 2085 saylı qətnamə ilə bağlı məlumat verdi. Rektor qeyd etdi ki, petisiyanın dəstəklənməsi hər kəsin vətəndaşlıq borcu olmalıdır.

AVCİYA-nın “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsi ilə bağlı müsabiqə haqqında

12923132_842779172514389_633988409525037843_n

Ə S A S N A M Ə

1. Ümumi müddəalar

Müsabiqə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən keçirilir.

Müsabiqənin məqsədi – AVCİYA-nın “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsinə geniş oxucu və tamaşaçı kütləsinin marağını formalaşdırmaqdan, səsvermə prosesini stimullaşdırmaqdan və aksiyanın əhəmiyyətliliyini qabartmaqdan ibarətdir.

2. Müsabiqənin iştirakçıları

Müsabiqədə elektron və çap kütləvi informasiya vasitələrinin təmsilçiləri, yaşından asılı olmayaraq müstəqil müəlliflər iştirak edə bilərlər.

3. Müsabiqə 2 nominasiyada keçirilir:

– Qəzet, jurnal və elektron saytlarda çap olunmuş məqalələr, müsahibələr;

– Televiziya və radioda getmiş veriliş, süjet və ya reportajlar.

4. Müsabiqənin keçirilmə qaydası

– Müsabiqədə 6 aprel 2016-cı ildən 31 may 2016-cı il tarixədək dərc olunmuş, nümayiş etdirilmiş və ya səsləndirilmiş məqalə, müsahibə, süjet, reportaj iştirak edə bilər (materiallar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək).

– Hər iştirakçı müsabiqəyə istənilən sayda məqalə, müsahibə, süjet və ya reportaj təqdim edə bilər. Təhlil səciyyəli materiallara üstünlük verilir.

– Müsabiqədə Azərbaycan, rus və ingilis dillərində dərc olunmuş məqalələr, televiziya və ya radioda göstərilmiş (səsləndirilmiş) veriliş, süjet və reportajlar iştirak edəcək.

5. Müsabiqəyə göndərilən materiallar aşağıdakı kimi tərtib olunmalıdır:

– Çap Kütləvi İnformasiya Vasitələri:

Məqalə qəzetdən və ya jurnaldan skaner edilərək, yaxud saytdan linki elektron poçta göndərilir.

– Televiziya:

Materialın internetdəki linki elektron poçta göndərilir.

– Radio:

Materialın internetdəki linki elektron poçta göndərilir.

– İnternet nəşrlər:

Materialın linki elektron poçta göndərilir.

– Elektron poçta göndərilmiş materialda aşağıdakılar göstərilməlidir:

Məqalənin, müsahibənin, verilişin, süjetin, reportajın adı,

Müəllifin adı, soyadı və atasının adı,

əlaqə telefonu (mobil və ya ev telefonu nömrəsi) və elektron poçt ünvanı,

anadan olduğu tarix (il, ay və gün).

Dərc olunmuş media orqanının adı.

Müsabiqəyə göndərilmiş materiallara rəy verilmir.

6. Müsabiqəyə yekun vurulması və qaliblərin mükafatlandırılması

– Müsabiqəyə 2016-ci ilin may ayında yekun vurulacaq;

– Müsabiqə qaliblərinə aşağıdakı məbləğdə pul mükafatları və diplomlar təqdim olunacaq:

2 – I yer – 750 manat

2 – II yer – 500 manat

4 – III yer – 250 manat.

7. Müsabiqəyə təqdim ediləcək materiallar [email protected] elektron ünvanına göndərilməlidir.

 

Əlaqə telefonu: 050 244 20 76

 

Ağ Ev Administrasiyasının saytında açılan petisiyaya indiyədək 208 min səs verilib

13063125_850561048402868_992076046130024819_o

Ağ Ev Administrasiyasının internet resursunda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşəbbüsü ilə açılan “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiyaya indiyədək 208 min səs verilib. Aksiya mayın 5-dək davam edəcək. AVCİYA Ermənistanın işğalçı siyasətinə qarşı mübarizəni davam etdirəcək.