HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Dəyirmi masa

NAR BAĞI

“Nar bağı”na baxdıq. Baxışdan sonra filmlə bağlı maraqlı müzakirələr oldu. Müzakirələrdə filmin quruluşçu rejissoru və ssenari həmmüəllifi İlqar Nəcəf, ssenari həmmüəllifi Asif Rüstəmov, assosiativ prodüsseri Əl İisa Cabbarov, baş rolun ifaçısı Qurban İsmayılovla danışdıq.

“Ermənilər Cənubi Qafqazda (məskunlaşma tarixindən)”

DSCF7463

1905.az portalının “Diskussiya klubu”nda Aqil Şahmuradovun müəllifliyi ilə çıxan “Ermənilər Cənubi Qafqazda (məskunlaşma tarixindən)” kitabını müzakirə etdik. Müzakirələrə Azərbaycan MEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Babayev, tarix üzrə fəlsəfə doktoru, dosent Aqil Şahmuradov, tarix üzrə fəlsəfə doktoru Qorxmaz Mustafayev, tarix üzrə fəlsəfə doktoru Namiq Əsədov, tarix üzrə fəlsəfə doktoru Namiq Kərimov, tarix üzrə fəlsəfə doktoru Dəyanət Musayev, Azərbaycan Turizm və Mədəniyyət Universitetinin doktorantı Elşən Məcidov dəvət olunmuşdular.

 

“FM diapazonunda… Qarabağla bağlı”

DSCF7626

 

1905.az “Diskussiya klubu”nda bu dəfə “FM diapazonunda… Qarabağla bağlı” mövzusunu müzakirə etdik. Müzakirələrdə 106.3 FM radiosundan Raqif Raufoğlu, həmin radionun proqram direktoru Aynur Hüseynzadə, müxtəlif radiolarda verilişlər aparmış Fəxriyyə Lilpar və radiolarla işləyən reklam meneceri  Zəhra İsgəndərova iştirak edirdi.

İKİ REFERENDUM HAQQINDA BİR SÖHBƏT

 

1905.az portalının “Diskussiya klubu”nda Şimali İraq və Kataloniya referendumlarını müzakirə etdik. Müzakirələrdə politoloqlar Elşad Mirbəşiroğlu, Elxan Şahinoğlu, Ceyhun Əhmədli, 1905.az portalının direktoru Fuad Babayev, portalın redaktorları Gündüz Nəsibov və Təmkin Məmmədli iştirak edirdi.

Orta statistik məktəb müəllimimiz vətənpərvərlik dərsini necə keçir?

DSC07966

Bu dəfə 1905.az saytının dəyirmi masası ətrafında orta məktəb müəllimlərimiz toplaşmışdılar. Bülbül adına orta ixtisas musiqi məktəbinin ibtidai sinif müəlliməsi Könül Təhməzova, Zərifə Əliyeva adına və 189 saylı  orta məktəbin informatika müəlliməsi, təlimçi-ekspert Vəfa Vəliyeva, 132-134 nömrəli orta məktəbin ibtidai sinif müəlliməsi Südabə Səfixanova və 111 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi, təlimçi Məlihə Əsədova ilə müzakirələr apardıq.

Kinomuzda Qarabağ: olum ya ölüm?

umumi

“1905.az” portalının Diskussiya klubunda bu dəfə biz, filmlərimizdə vətənpərvərlik mövzusunu xalq artisti Rasim Balayev, rejissorlar Rüfət Əsədov, Samir Kərimoğlu, ssenari müəllifi və rejissor Amil Məmiyevlə müzakirə etdik.