İşğal altında olan ərazilərin tanıtım materiallarının azlığı. Problem və həlli yolları mövzusu ilə bağlı redaksiyamızda rəssam-heykəltəraş Tarverdi Quliyev, “Səma Qrafika”-nın icraçı direktoru Samir İsayev, Laçın.info portalının ədəbi redaktoru Xatirə Laçın və sənətşünas, xalçaçı-rəssam Səltənət Rzayeva ilə söhbət etdik.
Dəyirmi masa ətrafında Vesti.az saytından Vüqar Həsənov, Azərbaycan Dövlət Teleqraf Agentliyindən Əziz Məmmədov, Karabakhinfo.com elektron jurnalından Sevda Mustafayeva, Bakı Slavyan Universitetinin Yeni media kafedrasından Sevda Əliyeva, “Novosti Azərbaycan” informasiya agentliyindən İlqar Vəlizadə ilə biz, 1905.az portalının təmsilçiləri – İrina Muxtarova, Aynur Hüseynova, Gündüz Nəsibov və Fuad Babayev görüşdük.
“1905.az” portalının Diskussiya klubunda bu dəfə biz “Bakı 2015 Avropa Oyunları” mövzusunu yazıçı Natiq Məmmədli, Milli Olimpiya Komitəsinin İnformasiya və Nəşriyyat idarəsinin rəhbəri Cəmaləddin Rəhmanov, Turizm İnstitutu Turizm və Qonaqpərvərlik fakültəsinin əməkdaşı Rəhman Səfərov, Milli Olimpiya Komitəsinin İnformasiya və Nəşriyyat idarəsinin baş məsləhətçisi Akif Əliyev və “1905.az” portalınn əməkdaşı Dadaş Musayevlə müzakirə etdik.
Aprelin 21-də “1905.az” portalı Diskussiya Klubunun “Böyük yalanın 100 illiyi” adlı növbəti toplantısı Qafqaz Universitetində həmin universitetin Qarabağ Tədqiqatları Mərkəzi və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) təşkilati dəstəyi ilə keçirilib. Alimlərin, ictimai təşkilatların, media nümayəndələrinin və “1905.az” portalının ekspertlərinin iştirakı ilə keçirilən müzakirələrdə 1915-ci ildə Türkiyədə baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparıldı.