HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Birinci Manşet

“Yevlax” qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinin açılışı olub 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Yevlax” qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Prezident İlham Əliyev Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevə Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi barədə məlumat verdi.