HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Birinci Manşet

Daşkənddə Azərbaycan və Özbəkistan incəsənət ustalarının birgə qala konserti olub

Avqustun 23-də Daşkənddə Azərbaycan və Özbəkistan incəsənət ustalarının birgə qala konserti olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva, qızları Saida Mirziyoyeva konsertdə iştirak ediblər.

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olub və Özbəkistan milli geyimlərindən ibarət kolleksiyaya baxıblar

Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva və qızı Saida Mirziyoyeva ilə birgə Özbəkistanın Xalq rəssamı Akmal Nurun əsərlərindən ibarət sərgi ilə tanış olub və Özbəkistan milli geyimlərindən ibarət kolleksiyaya baxıblar.