Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu, bu tədbirdə iştirak edən nüfuzlu qonaqların sayının ilbəil artdığı vurğulandı. Dünya gündəmində duran aktual məsələlərin müzakirəsi baxımından bu beynəlxalq platformanın çox mühüm rol oynadığı bildirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə videokonfrans formatında görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşün videokonfrans formatında keçirilməsinə səbəb Bolqarıstan nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Nobel sülh mükafatı laureatı Kailaş Satyartini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Kailaş Satyarti X Qlobal Bakı Forumunun əhəmiyyətindən danışdı, özünün dediyi kimi, bu cür tarixi bir tədbirin yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə sıx əməkdaşlıq etməkdən məmnunluğunu ifadə etdi. Qonaq qeyd etdi ki, dünyada hazırkı zamanda bu tədbir çox böyük önəm daşıyır. O dedi: “Hazırda dünyada mədəniyyətlər arasında parçalanmanın baş verdiyi və bu sahədə ciddi təhdidlərin mövcud olduğu bir dövrdə Sizin rəhbərliyinizlə bu önəmli Forum çox lazımlı bir vaxtda təşkil edilib”.
1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.
Onun yaratdığı sənət əsərləri danışır. Onun sehrli barmaqlarından çıxan hər bir əsər keçdiyi ömür yolunun bariz nümunəsidir. Rəngarəng əsərlərin qəhrəmanı ilə həm danışmaq, həm də bu rənglərin işığından keçdiyi ömür yoluna nəzər salmaq imkanımız oldu. 57 illik bir sənət fəadaisinin ömür yolunu vərəqlədikcə illərin heç də hədər getmədiyinin bir daha şahidi olduq. Öyrəndik ki, könlünü bu sənətə lap uşaqlıqdan bağlayıb.
Aparıcı: Fuad İlyas oğlu Babayev, 1992-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin fəlsəfə fakultəsinin məzunu, Qərb Universitetində Politologiya kafedrasının müəllimidir. “Space” müstəqil televiziya şirkətinin xəbərlər departamentinin direktor müavinidir.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən mayın 1-11-də icra edilən əməliyyatlara dair məlumatı açıqlayıb.
Memuar ədəbiyyatı haqqında müxtəlif fikirlər ola bilər, amma memuaristika şəxsən mənim çox sevdiyim janrdır. Müdrik sənət insanı, aktyor Uill Smitin “Yaxşı insanlar sizə xoşbəxtlik gətirər, pis insanlar təcrübə qazandırar, ən pislər dərs verər, ən yaxşılarsa xatirələr bəxş edər. Hər kəsi qiymətləndirin” sözləri bu mənada mənim baxışımı və yanaşmamı çox gözəl ifadə edir. Imkan olsa, ömür vəfa eləsə, haçansa mən özüm də uzun illərdir tutduğum gündəliyi kitaba çevirməyi düşünürəm…