HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Birinci Manşet

“TURAZ Şahini – 2016” taktiki-uçuş təlimləri başlayıb

1457507685626026487_1000x669

Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, Konyada iki ölkənin Hərbi Hava qüvvələrinin cəlb olunduğu birgə taktiki-uçuş təlimləri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, keçirilən təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə qarşılıqlı fəaliyyətə nail olmaqdır.

8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik

38011

Hörmətli xanımlar!

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və uğurlar arzulayıram.

Azərbaycan qadınının cəmiyyətimizdə qazandığı yüksək mövqe və elmdə, təhsildə, mədəniyyətdə fəth etdiyi zirvələr bizim tarixi nailiyyətimiz, əbədi qürur mənbəyimizdir. Onun ictimai nüfuzu dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünü vahid məfkurə ətrafında birləşmiş şəkildə qarşılamağa hazırlaşan Azərbaycanın müasir həyatının diqqətəlayiq gerçəkliyidir. Azərbaycan xanımları ülvi amallar naminə zəngin ictimai fəaliyyətləri boyunca özlərinin daxili aləmlərinin ahəngdarlığını həmişə layiqincə qoruyub saxlamış, mürəkkəb sosial-siyasi dəyişikliklərin baş verdiyi ən müxtəlif dövrlərdə cəmiyyətimizin əsl mənəvi dayağı olmuşlar.

“The Washington Times”: Obama erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması planı üzərində işləməlidir

washingtontimes_page

“Dünya liderlərinin quldur dövlətləri və terrorçu qruplaşmaları nüvə silahlarından necə uzaq tutmaqla bağlı müzakirələr aparacağı bir vaxtda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi prezident Barak Obamaya sovetlərin dağılmasından sonra qalan ən narahatedici münaqişələrdən birinin həllində aparıcı rol oynamağa imkan verir”.

Mehriban Əliyevaya “İlin adamı” mükafatı təqdim olunub

d2ae340b1d0b9c7b137a4aaf9c700180
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya ANS Şirkətlər Qrupunun və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun “2015-ci ilin adamı” mükafatının təqdim edilməsi mərasimi keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib

1456824068532460061_1000x669

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramuntu qəbul edib.

Avropa Şurası Parlament Assambleyasının prezidenti seçilməsi münasibətilə Pedro Aqramuntu təbrik edən dövlətimizin başçısı onun yeni vəzifəyə seçildikdən az müddət sonra Azərbaycana səfər etməsini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirdi. Təşkilatla tamhüquqlu əməkdaşlığımızın 15 illik bir tarixi əhatə etdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanın Avropa Şurası Parlament Assambleyasının üzvü kimi müsbət inkişaf proseslərinə öz töhfəsini verməkdə davam etdiyini bildirdi. Dövlətimizin başçısı tərəfdaşlığımızın bundan sonra yeni inkişaf səviyyəsinə doğru irəliləyəcəyinə də əminliyini ifadə etdi.

AZƏRTAC: 96 illik mürəkkəb və şərəfli yol

14568077942678263034_1000x669

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) yaranmasından 96 il ötür.

AZƏRTAC-ın təşkili bir ilə başa gəldi

1919-cu il martın 3-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin – Nazirlər Şurasının iclasında Azərbaycan Teleqraf Agentliyinin təşkili barədə məsələ müzakirə olundu. İclasda Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin bu barədə məruzəsi dinlənildi, agentliyin təşkil edilməsi xalq maarif naziri Nəsib bəy Usubbəyova tapşırıldı. Sonradan bu səlahiyyət Maarif Nazirliyindən alınaraq Poçt və Teleqraf Nazirliyinə həvalə edildi. 1919-cu ilin ikinci yarısındaAZƏRTAC-ın yaradılması haqqında qanun layihəsi və agentliyin əsasnaməsini hazırlandı.