HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Birinci Manşet

Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

ilham aliyev

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 12 il keçir.

Dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdilər.

Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəlmişdilər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu.

Azərbaycanda matəm elan olunub

12311290_1294977520528240_8418972367141954483_n

Dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində matəm elan olunub.

İnternet mediada Qarabağa həqiqətlərinə dair dəyirmi masa keçirilib

12312256_775671629225144_970248319_n

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin həyata keçirdiyi “İnternet media resurslarından istifadədə Qarabağ həqiqətlərinin düzgün təbliği layihəsi” çərçivəsində dəyirmi masa keçirilib.

Azərbaycanda 1 noyabr Parlament seçkilərinə dair AŞPA seçki müşahidə missiyasinın yekun məruzəsi yekdilliklə qəbul edilib.

Council_of_Europe_Parliamentary_Assembly_Credit_Jacques_Denier_Council_of_Europe_CNA_World_Catholic_News_4_26_13

AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun verdiyi məlumata əsasən dünən, noyabrın 26-da Sofiyada keçirilən AŞPA Sədarət komitəsi və Büro iclaslarında Azərbaycanda 1 noyabr Parlament seçkilərinə dair AŞPA seçki müşahidə missiyasinın yekun məruzəsi yekdilliklə qəbul edilib.
Bu qərar bu gün noyabrın 27-də AŞPA-nın Daimi Komitəsinin iclasinda təsdiq edildi.