Əmirxan Məmmədvəliyev: “Müəllif özü həyatda deyilsə, işi də ölməməlidir.”

Bu günlərdə Bakı Slavyan Universitetinin binasının fasadını 1972-ci ildən bəri bəzəyən mozaika-portretlərin sökülməsinin şahidi olduq. Bu hadisəylə bağlı tanınmış mozaika ustası, bir sıra əsərlərin o cümlədən, Ağdam Çörək Muzeyinin fasadındakı mozaikanın müəllifi rəssam Əmirxan Məmmədvəliyevin fikirlərini öyrəndik:

“Sözügedən mozaikanın müəllifi rəhmətlik Elmas Hüseynov idi. Belə bir söküntü işi eləməzdən əvvəl ən adi etik normalar tələb edir ki, müəlliflə məsləhətləşəsən. Bu halda, yəni müəllif dünyasını dəyişdiyindən peşəkarlara üz tutmaq lazım idi. Müəllif özü həyatda deyilsə, işi də ölməməlidir.”

Ə.Məmmədvəliyev onu da qeyd etdi ki, hər bir mozaika əsərində olduğu kimi bu əsərin də eskiz layihəsi olub. Həmin eskiz layihəsinə və ya fotoya baxaraq onu bərpa etmək mümkündür.
Bu hadisədən təsirləndiyini gizlətməyən rəssam Azərbaycanda mozaika məktəbinin hələ də mövcud olduğunu xatırlatdı.
1905.az























Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










