HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Xəbər

Ağdam və Goranboyda atəşkəs pozulub

Erməni silahlı bölmələri dünən Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında və Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Cəbhə xəttində monitorinq keçiriləcək

images
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 9-da Füzuli rayonu Aşağı Veysəlli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Ermənilər atəşkəsi pozmaqda davam edir

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi və Əlibəyli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. 

Ermənilər Tovuz istiqamətində atəşkəsi pozub

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.