HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Xəbər

Ermənilərin açdığı atəş nəticəsində Gədəbəydə 9-cu sinif şagirdi yaralanıb

Optimized-snayper2

14 yaşlı qız öz həyətlərində erməni gülləsinə tuş gəlib

Gədəbəyin Şınıx bölgəsində yerləşən Göyəli kəndində 14 yaşlı qız ermənilərin açdığı atəş nəticəsində yaralanıb.

Gədəbəy Rayon Mərkəzi Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, avqustun 3-də saat 16 radələrində xəstəxanaya yerləşdirilən 2000-ci il təvəllüdlü Şəlalə Mais qızı Tağıyeva sol ayağından güllə yarası alıb. O, əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 9-cu sinif şagirdi olan Ş. Tağıyeva öz həyətlərində düşmən gülləsinə tuş gəlib.

 

 

Müdafiə naziri şəhidləri mükafatlandırıb

medal

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli əmrinə əsasən “Azərbaycan Respublikasının “Hərbi xidmətdə fərqlənməyə görə” medalı haqqında” Əsasnaməyə müvafiq olaraq, aşağıda adları göstərilən hərbi qulluqçular ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif ediliblər: