Müdafiə Nazirliyi: Bölmələrimiz şəhər və rayonlarımıza atəş açan düşməni məhv edib – VİDEO
Humanitar atəşkəs rejimini kobudcasına pozaraq şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini Azərbaycan Ordusunun bölmələri darmadağın edib.
Humanitar atəşkəs rejimini kobudcasına pozaraq şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini Azərbaycan Ordusunun bölmələri darmadağın edib.

Rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunun Qarayusifli kəndində törətdiyi qanlı terror cinayəti nəticəsində həlak olan şəhidlərimizin qisasını alıb.

Azərbaycan Ordusunun bölmələri 26 oktyabr saat 08.00-dan qüvvəyə minmiş humanitar atəşkəs rejiminə bütün cəbhə boyu tam riayət edir.

Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən qoşunlarımızı atıcı silahlar, tanklar, minaatanlar və toplardan atəşə tutub.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan ordusunun qüvvə və vasitələrinin darmadağın edilməsinin videogörüntülərini paylaşıb. Videogörüntülərdə Azərbaycan Ordusunun düşmən mövqelərinə sarsıdıcı zərbələr endirməsi əks olunub.
Oktyabrın 21-i gün ərzində və 22-sinə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edib. Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərimizdən Füzuli rayonundakı və digər ərazilərdəki müdafiə mövqelərimizi atıcı silahlardan, minaatanlardan, toplardan və reaktiv artilleriya sistemlərindən atəşə tutub.