HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Xəbər

Hərbi qulluqçumuz şəhid olub

Gizir Şahmuradə əlizadə
Foto: xəbər.az

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə Erməni silahlı bölmələrinin atəskəs rejimini pozması nəticəsində xidməti vəzifələrini yerinə yetirən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, gizir Əlizadə Şahmurad Hilal oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Azərbaycan MN: Separatçı rejimin “müdafiə naziri”nin məğlub xarakterli çıxışı populist cəhddən başqa bir şey deyil

1426771417_cms-image-000006012

“Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı ilə tam əhatə olunaraq maddi, mənəvi və texniki cəhətdən hərtərəfli təmin olunub. Qondarma-separatçı rejimin “müdafiə naziri” Movses Akopyanın məğlub xarakterli çıxışı, son zamanlar cəbhədə çoxlu sayda itkilərlə müşahidə olunan uğursuzluqlarının ört-basdır edilməsinə və ictimaiyyətin diqqətinin yayındırılmasına xidmət edən populist cəhddən başqa bir şey deyil”.