Martın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
XİN-dən AZƏRTAC-a verilən məlumata görə, telefon danışığı zamanı regional vəziyyət və ikitərəfli əlaqələr müzakirə olunub.
Nazir Ceyhun Bayramov İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumlarından sonra verilmiş vədə uyğun olaraq, İran tərəfindən araşdırmaların tamamlanmasının vacibliyini diqqətə çatdırıb.
Ümumilikdə, aparılan müharibə zamanı mülki obyektlərin hədəf alınmamasının zəruriliyi, bölgədə hərbi eskalasiyaya qısa müddət ərzində son qoyulmasının və mövcud çətinliklərin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olduğumuz vurğulanıb.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










