
“Crocus City”nin sahibi Araz Ağalarov konsert zalında törədilən terror aktının son 20 ildə Rusiyada baş verən ən dəhşətli faciə olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, o, “RBC”-ya müsahibəsində deyib: “Dəhşətli faciə baş verib və artıq deyildiyi kimi, son 20 ildə belə bir hadisə baş verməyib”.
Onun sözlərinə görə, terrorçular salona qapıdan yox, qonşu sərgi mərkəzinin pəncərəsindən daxil olublar.
“Əllərində avtomatlarla gəliblər. Gördükləri hər şeyə atəş açmağa başlayıblar. Silahlarını bütün insanlara, mühafizəçilərə tuşlayıblar. Mühafizəçilərdən biri öldürülüb, ikincisi yaralıdır. Onlar hətta heç mühafizəçi də deyil. Bizdə onlar nəzarətçi adlanır”, – A.Ağalarov əlavə edib. O, baş verənləri ümumbəşəri dəyərlər nöqteyi-nəzərindən izaholunmaz hadisə adlandırıb.
A.Ağalarov oğlu Emin və filialın direktoru Roman Qraçovla birlikdə faciənin baş verdiyi ərazidədir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











